Pentaqon Kabilə endirdiyi aviazərbəyə görə üzr istəyir

18 Sentyabr 2021 09:42

Pentaqon rəhbəri Lloyd Ostin ABŞ-ın pilotsuz aparat vasitəsi ilə cari il, avqustun 29-da Kabilə endirdiyi zərbəyə görə üzr istəyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, bu "dəhşətli səhvdən" dərs götürəcəyinə söz verib.

Daha əvvəl ABŞ müdafiə qurumu amerikanın pilotsuz aparatının avqustun sonunda Kabilə endirdiyi səhv və 7-si uşaq olmaqla 10 mülki vətəndaşın ölümünə səbəb olduğunu qəbul edib. Bunu ABŞ Silahlı qüvvələri mərkəzi komandanlığının rəhbəri general Kennet Makkenzi keçirdiyi brifinqdə deyib.

"Araşdırmamız zərbənin faciəvi səhv olduğu qənaətinə gətirib", - general deyib.

Hazırda Pentaqon hücum nəticəsində Kabildə ölənlərin yaxınlarına kompensasiya ödənişlərinin mümkünlüyünü nəzərdən keçirir.

Milli.Az