Yüzlərlə quş “Dünya Ticarət Mərkəzi”nin binasına çırpılaraq öldü

18 Sentyabr 2021 10:00

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb.

Milli.Az oxu.az-a istinadən xəər verir ki, Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb.

Nəticədə azı 300 quş ölüb.

Milli.Az