Bakıda iki avtomobil toqquşub - FOTO

18 Sentyabr 2021 08:22

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza aeroport şossesində qeydə alınıb.

Belə ki, "Volkswagen" markalı avtomobilin sürücüsü yol kənarında təmizlik işi aparan texnikanı görüb qəfil əyləcdən istifadə edib. Bu zaman "Mercedes" markalı minik maşının sürücüsü sükana nəzarəti itirərək avtomobilini qəfil dayanan nəqliyyat vasitəsinə çırpıb. Qəza nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.

Milli.Az