Məşhur futbolçu ürəyindən əməliyyat olundu

17 Sentyabr 2021 20:30

Almaniyanın "Bavariya" klubunun futbolçusu Kinqsli Koman ürəyindən əməliyyat olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Yulian Nagelsman klubun rəsmi saytına açıqlamasında bildirib.

O, fransalı oyunçunun ürəyində kiçik problemlərin olduğunu söyləyib: "Bəzən nəfəs almaqda çətinlik çəkirdi. Bu səbəbdən, əməliyyata ehtiyac duyulub. Koman komandadan təxminən 2 həftə kənar qalacaq".

Qeyd edək ki, Kinqsli Koman cari mövsüm 4 matçda meydana çıxıb.

Milli.Az