Hamilə qadın özünü pəncərədən atmağa çalışdı - VİDEO - FOTO

18 Sentyabr 2021 02:33

Braziliyanın Rio-de-Janeyro şəhərində qeydə alınan görüntü ölkədə bomba effekti doğurub.

Milli.Az xəbər verir ki, sosial mediada paylaşılan videoda əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa çalışdığı görünür. İki illik münasibətləri ərzində dəfələrlə zorakılığa məruz qaldığını bildirən qadın, hadisəni görən və polisə xəbər verən qonşuları tərəfindən xilas edilib.

Görüntülərdə 35 yaşlı Mariya Xose sol ayağını pəncərənin üstünə qoyub. Ancaq hamilə olduğu bildirilən qadının 32 yaşlı həyat yoldaşı Vitor Batista, başından tutaraq onu mənzilə geri çəkir.

Kamran Seyidov
Milli.Az