Alfonso Sastre vəfat etdi

17 Sentyabr 2021 15:36

İspan yazıçı və dramaturq Alfonso Sastre 95 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki,o, Fuentarrabiya şəhərindəki evində ölüb.

Alfonso Sastre 1926-cı ildə Madriddə anadan olub. O, yazıçı, dramaturq, kinorejissor kimi fəaliyyət göstərib. 1920-ci illərdə İspaniya Vətəndaş Müharibəsindən sonra məşhurlaşan "Əllilər nəsli"nin yenilikçi yazıçıların əsas nümayəndələrindən biri olub.

Franko diktaturasına qarşı mübarizəsi ilə də seçilib.

"Tıxac" , "Şəbəkədə" "Sanço Pansanın sonsuz Səyahəti" kimi pyeslərin müəllifidir.

1986-cı ildə Milli Teatr Mükafatına layiq görülüb.

Milli.Az