Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı ola bilər

17 Sentyabr 2021 14:03

Şuşa şəhəri 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı namizədliyinə təqdim edilib.

Milli.Az bildirir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov rəsmi "Twitter" hesabında paylaşım edib.

Nazir qeyd edib: "Özbəkistanın Xiva şəhərində TÜRKSOY-un 38-ci Nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi və mədəni abidələrin dağıdılması, Vətən müharibəsindən danışdım. Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı namizədliyini təqdim etdim".

Milli.Az