Vilayət Eyvazovdan yeni kadr təyinatı

17 Sentyabr 2021 13:29

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə Cinayət Axtarış Şöbəsinə rəis təyin olunub.

Milli.Az Baku.ws-ə istinadən bildirir ki, polis mayoru Ramiz Quliyev bu vəzifəyə təyin olunub.

R.Quliyev buna qədər Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışıb

Milli.Az