Avropada təbii qaz yenidən bahalaşıb

17 Sentyabr 2021 14:56

Avropa birjalarında təbii qazın qiymətləri 4 faiz artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Niderlandın TTF habında qazın min kubmetri 797 dollar ətrafında alınıb-satılır.

Qeyd edək ki, təbii qaz iki gün əvvəl 970 dollaradək bahalaşmış, daha sonra qiymətlər 764 dollaradək azalmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar təşkil edirdi.

Milli.Az