ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı qiraətçi Xəzər Süleymanlı olub.
Milli.Az xəbər verir ki, məşhur qiraətçi ona məşhurluq gətirən səsləndirdiyi "Necəsən, zalım?" şeirindən danışıb:
"O şeirdən sonra kim mənə zəng edirsə, tanıdığım, tanımadığım insanlarla qarşılaşanda mənə o şeirlə müraciət edirlər. Mən özüm kiməsə o sözlərlə müraciət etməmişəm. Sələndirdiyim şeirləri qorumağa çalışıram. Onları hər yerdə istifadə edib adiləşdirmək istəmirəm. O sehri qorumağa çalışıram".
Milli.Az