Goranboyda ikimərtəbəli evdə yanğın olub

17 Sentyabr 2021 07:05

Goranboy rayonunun Qaraçinar kəndində yanğın baş verib.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 156 m² olan (hər mərtəbəsi 78 m², 2-ci mərtəbəsinin arakəsmə divarları taxta konstruksiyalardan ibarət) ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az