Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürülüb

16 Sentyabr 2021 23:44

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır.

Milli.Az