Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

16 Sentyabr 2021 23:19

Azərbaycanda minik avtomobillərinin istehsalı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu ilin yanvar-avqust aylarında 1214 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 ədəd çox minik avtomobili istehsal olunub.

Ümumilikdə qeyd oluna müddət ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 228,1 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,8 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı

38,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 69,8 faiz azalıb.

Milli.Az