"Qarabağ"ın rəqibləri heç-heçə etdi

16 Sentyabr 2021 21:37

Konfrans Liqasının "Qarabağ"ın yer aldığı H qrupunda ilk turun oyunu keçirilib.

Qazaxıstanın "Kayrat" klubu Kipr təmsilçisi "Omoniya"nı qəbul edib. Görüşdə qapılara qol vurulmayıb.

Qeyd edək ki, qrupun digər matçında "Qarabağ" "Bazel"i (İsveçrə) qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

H qrupu

18:30. "Kayrat" (Qazaxıstan) - "Omoniya" (Kipr) - 0:0

Milli.Az