Azərbaycan ABŞ-dan hərbi sualtı qayıq alıb - FOTO

16 Sentyabr 2021 21:11

Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) Xəzərdə antiterror təlimləri keçirib.

Maraqlıdır ki, taktiki təlimlərdə DSX-nin Sahil Mühafizəsinin müasir naviqasiya və radiotexniki avadan­lıqlarla, silah sistemləri ilə təchiz edilən sərhəd gözətçi gəmi­ləri, DSX-nin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopterləri, pilotsuz uçuş aparatları, kütləvi qırğın silahlarının və onların komponentlərinin aşkarlanması və müəy­yən­ləşdirilməsi üzrə xüsusi avadanlıqlar, dəniz kampaniyasına yeni qəbul edilmiş müşahidə, aşkaretmə təyinatlı sualtı aparatlar, yerüstü və dəniz əməliyyat­larında tətbiq üçün itisürətli amfi­biya qayıqlar istifadə olunub.

Həmin qurğular arasında ABŞ istehsalı olan "Ocean Pearl" adlı xüsusi təyiantlısualtı qayıq da vardı. Bu sualtı qayıqdan Birləşmiş Ştatlarda Hərbi-Dəniz Qüvvələri və Sahil Mühafizəsi istifadə edir.

ABŞ-ın "SEAmagine Hydrospace Corporation" şirkətinin istehsalı olan "Ocean Pearl" ("Okean mirvarisi) mini sualtı qayığın maksimal fəaliyyət dərinliyi 150-1000 metr arasındadır.

6 saat su altında qala bilən qayığın çəkisi 3200-5000 kq, sürəti 3 knotdur. "Ocean Pearl" oksiggen və CO2 monitorinqləri də apara bilir.

Ehtiyat üzmə ballastı olduğundan qayıq yük daşımaq və yük qoymaq imkanlarına malikdir.

"Ocean Pearl" sonarla da təchiz olunub.

Milli.Az