Ailəsini axtararkən şoka düşdü - 19 bacısı üzə çıxdı - VİDEO

16 Sentyabr 2021 19:06

Almaniyada yaşayan 4 uşaq atası 35 yaşlı Aleksandr Şhlienbeker heç görmədiyi bioloji ailəsini tapmaq üçün populyar aparıcı Müge Anlıya müraciət edib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, aaprıcı 33 il əvvəl böyük bacısı ilə İzmirdən övladlığa götürülmüş Aleksandr ailəsini 2 dəqiqə ərzində tapıb. Mardinli bir ailənin oğlu olduğunu öyrənən Aleksandr şoka düşüb. Bəlli olub ki, tanıdığı böyük bacısından başqa daha 19 bacısı var.

Kamran Seyidov
Milli.Az