Beyonsun 500 milyonluq özəl günü - FOTO

16 Sentyabr 2021 20:30

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib.

Kirayəsi həftəlik 4 milyon dollara başa gələn qayıq dünyanın ən varlı iş adamlarından olan Ceff Bezosa məxsusdur. Lakin ifaçının bu pulu ödəyib-ödəməyəcəyi bəlli deyil.

Beyons "Balmain"in dizayn etdiyi paltarı geyindiyi gecədən fotolarını instaqram hesabında paylaşıb.

Milli.Az