Dünyada ilk - TikTok fakültəsi açıldı

16 Sentyabr 2021 18:12

Sosial media və universitet dünyasında bir ilk gerçəkləşib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, video paylaşım platforması olan TikTok adına Ukraynanın paytaxtı Kiyevdə fakültə açılıb.

Açılışı ölkənin TikTok fenomenlərindən biri hesab olan Mixail Poplavski edib. O bildirib ki, Kiyev Mədəniyyət Universitetində açılan fakültədə tələbələr pulsuz təhsil alacaqlar.

Fakültənin dekanı Liliya Mojayeva isə tələbələrə tövsiyələrini verib:

"Özünüzü inkişaf etdirin, brendinizi yaradın və biz bu yolda sizə kömək edəcəyik".

Milli.Az