Dərini cavanlaşdıran maska

19 Sentyabr 2021 18:15

Dərinizin daha canlı və gözəl görünməsini üçün ona davamlı olaraq qulluq etməlisiniz.

Milli.Az Axşam.az-a istinadən dərinin yaşlanmasını gecikdirən və ona rahatlıq bəxş edən maskanı təqdim edir.

Yağlı dəriyə sahib olanlar yumurtanın ağının, quru dərililər isə sarısının üzərinə 1 ədəd banan, 1 çay qaşığı bal və 1 ampul E vitamini əlavə edib qarışdırın. Alınan məhlulu 15-20 dəqiqə üzünüzdə saxlayın. Ardınca isə dərinizi mineral su ilə təmizləyin.

Qeyd edək ki, maskanı həftədə bir dəfə istifadə edə bilərsiniz.

Milli.Az