Daha bir xanəndə koronavirusdan vəfat etdi - FOTOlar

16 Sentyabr 2021 14:39

Xanəndə Xasməmməd Hacıyev vəfat edib.

Milli.Az xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında muğam ifaçısının yaxını məlumat verib. Bildirilib ki, ifaçı koronavirus infeksiyasından dünyasını dəyişib:

"Xəstəxanaya yerləşdirilmişdi. Müalicə alsa da, onu xilas etmək mümkün olmayıb. O, bir neçə həftə əvvəl vəfat edib".

Qeyd edək ki, X.Hacıyev 1949-cu il sentyabrın 15-də Beyləqanda anadan olub. O, mərhum Əməkdar artist Məhəbbət Kazımovla oxuduğu mahnılarla tanınıb.

Milli.Az