44 günlük müharibə dövründə zərər dəymiş 45 məktəbdən 36-da təmir və tikinti işləri yekunlaşıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov deyib.
O bildirib ki, ölkədə digər məktəblərin də bərpası istiqamətində işlər davam etdirilir:
"Təhsil Nazirliyinin sifarişi ilə sentyabrın 15-dək 37 məktəbin açılışı olub. Bu məktəblərdən 15-i modul tiplidir. İlin sonuna qədər isə daha 32 məktəbin açılması planlaşdırılır. Onlardan da 16-sı modul tipli məktəbdir".
Milli.Az