Borca görə dostunu öldürdü - Kamera qarşısında isə göz yaşı tökdü - VİDEO

16 Sentyabr 2021 20:00

Dostunu borcunu vermədiyi üçün qətlə yetirən Mersin sakininin hərəkəti hər kəsi şoka salıb. Məhkəmədən sonra ağlaya-ağlaya polis maşınına minməsi ən çox baxılan kadrdır.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, evin hamamında 50 yaşlı Ramazan Memişin cəsədi aşkar olunub. Müayinədə cəsədin 3-4 günlük olduğu və evin bir çox yerində çoxlu kəsici və deşici alətlərin izləri və qan izlərinin olduğu müəyyən edilib. Araşdırmaya başlayan polis qatilin Mustafa Özlü adlı şəxs olduğunu müəyyən edib.

Kamran Seyidov
Milli.Az