Ermənistanda koronavirusa yoluxanların sayı 251 323-ə çatıb

16 Sentyabr 2021 15:00

Ermənistanda daha 756 nəfər COVID-19-a yoluxub.

Milli.Az bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 251 323-ə çatıb. Son sutkada koronavirusdan 19 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 075-ə yüksəlib.

Koronavirusa yoluxan 234 416 nəfər sağalıb. Hazırda 10 649 pasiyent müalicə olunur.

Milli.Az