4 yaşlı uşaq valideynlərinin gözü qarşısında qəfildən öldü

16 Sentyabr 2021 09:45

Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib.

Milli.Az APA-a istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. 

Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib. İlkin məlumata görə, uşaq zəhərlənmə nəticəsində dünyasını dəyişib.

Milli.Az