Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər məlum olub

16 Sentyabr 2021 09:24

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu ada Almaniya "Leyptsiq"indən Kristofer Nkunku, "Bavariya"dan Robert Levandovski, Niderland "Ayaks"sından Sebastyan Alle və Almaniyanın "Borussiya" (Dortmund) komandasından Cud Bellingem iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Milli.Az