Serj Sarqsyanın qardaşı qızı Baş Prokurorluqla məhkəmə çəkişməsinə başlayır

16 Sentyabr 2021 07:38

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı qızı Ani Sarqsyan ölkənin Baş Prokurorluğunu məhkəməyə verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Sarqyan məhkəməyə 7 oktyabr 2020-ci il prokuror tərəfindən qəbul edilmiş əmlakının yoxlanılması qərarının ləğv olunması tələbi ilə müraciət edib.

Qeyd edək ki, Ani, qardaşı Narek və atası Levon Sarqsyan qanunsuz yolla varlanmada, əmlakın gizlədilməsində ittiham olunurlar.

Onun atası Levon Sarqsyan barəsində axtarış elan edilib.

Ani və Narek Sarqsyan ev dustağıdırlar. Ani Sarqysan iyulda prokurorluğa çağırılıb.

Milli.Az