Ermənistan ordusunun ikinci Qarabağ müharibəsi zamanı itkin düşmüş daha bir hərbçisinin meyitinin qalıqları tapılıb.
Hərbi qulluqçunun meyitinin qalıqları Hadrut istiqamətində aşkarlanıb.
Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda meyiti aşkarlanan itkin erməni hərbçilərin sayı 1 667-yə çatıb.
Milli.Az