“Qoşunları çəkməsəydik, fəlakətli səhv olardı” - Paşinyan

16 Sentyabr 2021 08:13

"Ermənistan qoşunlarını Sovet sərhədlərinə çəkməsəydi, bu, fəlakətli səhv olardı".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Paşinyanın sözlərinə görə, bu qərar Ermənistanın ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün qəbul edilib. Eyni zamanda, qərar təkbaşına deyil, müzakirələr və dərin təhlillər əsasında verilib.

"Hərçənd, daha sonra müzakirənin bəzi iştirakçıları bundan xəbərsiz olduqlarını dedilər", - deyə erməni Baş nazir bildirib.

Milli.Az