Avropada təbii qazın qiyməti düşüb

15 Sentyabr 2021 23:58

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün təxminən 800 dollara qədər düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, gün ərzində Niderlandda TTF habında qazın oktyabr fyuçersləri min kubmetr üçün 970 dollara yaxınlaşıb.

Ticarət sessiyası nəticəsində qiymət hətta əvvəlki günün bağlanış səviyyəsinə düşüb (mənfi 0,8 faiz).

Milli.Az