Apple iki iPhone modelini satışdan çıxarıb

15 Sentyabr 2021 23:05

ABŞ-ın "Apple" şirkəti yeni texnologiyanın təqdimatından bir gün sonra iPhone 12 Pro və iPhone XR smartfonlarını satışdan çıxarıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sentyabrın 15-də müvafiq modellər şirkətin onlayn mağazasından silinib.

Qeyd edək ki, "Apple" şirkəti illik payız təqdimatında yeni iPhone 13 və iPhone 13 mini modellərini təqdim edib. ABŞ -da bu modellərin qiyməti müvafiq olaraq 799 və 699 dollardan başlayır.

Milli.Az