Erməni radiosu Qarabağda yayımını dayandırır

15 Sentyabr 2021 22:25

Ermənistanın "Avrora" radiosu Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yayımını dayandırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə radionun direktoru Mikayıl Canpoladyan feysbuk səhifəsində canlı yayım zamanı deyib.

"Mənə bu haqda danışmaq çox çətindir. Biz özəl şirkətik və daim pul itirə bilməzdik. Biz artıq Şuşadakı bütün mülkümüzü itirdik. İndi bilmirik yeni avadanlıqları hara daşıyaq və bunu etməyə dəyərmi?", - deyə Canpoladyan bildirib.

Onun sözlərinə görə, Qarabağdan zəng edilib və yayım üçün dövlət rüsumunun və lisenziya haqqının ödənilməsi tələb olunub. Bu da radionun yayımını dayandırmaq haqda qərar qəbul etmək üçün "son damla" oldu.

Milli.Az