Ramiz Əzizbəylinin məzar daşı hələ də qoyulmayıb - FOTO

15 Sentyabr 2021 20:00

Üç ay öncə dünyasını dəyişən xalq artisti Ramiz Əzizbəylinin məzar daşı hələ də qoyulmayıb.

Milli.Az xəbər verir ki, Mədəniyyət Nazirliyinin mətbuat katibi Məryəm Qafarzadə "sherg.az"a  mövzu haqda bunları söyləyib:

"Bildirmişdik ki, mədəniyyət və incəsənət xadimlərinin məzar daşının qoyulması üçün bizə əlavə büdcə ayrılmır. 

Bu məsələlər Mədəniyyət  Nazirliyinin səlahiyyətlərinə aid deyil. Amma dəfn mərasimində mümkün qədər  iştirak edirik, dəstəyimizi göstəririk".

Milli.Az