Azərbaycanda dünya çempionu həbs edildi - FOTO

15 Sentyabr 2021 17:06

Universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu Xəyyam Səfixanov həbs olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, idmançı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Axtarış zamanı onun üzərindən heroin, metanfetamin və tramadol həbi aşkar edilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb və X.Səfixanov barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az