Müştərək mitral qüsur

21 Sentyabr 2021 04:03

Müştərək mitral qüsur dedikdə sol atrioventrikulyar dəliyin daralması və mitral qapaq çatışmazlığının birgə təzahürü nəzərdə tutulur.Müştərək mitral qüsur klinik praktikada tədric olunmuş mitral qüsurlara nisbətən daha çox rast gəlinir.
Müştərək mitral qüsur zamanı hemodinamik dəyişikliklər mitral stenozun və mitral çatışmazlığın üstünlüyündən asılı olaraq hər bir qüsur üçün xarakterik əlamətlərin olması ilə müəyyən edilir.
Mitral qüsur üçün aşağıdakılar xarakterikdir:
- sol qulaqcığın,sol və sağ mədəciyin hipertrofiya və dilatasiyası əlamətlərinin olması
- kiçik qan dövranı venalarında qan durğunluğu
- ağ ciyər hipertenziyası
- böyük qan dövranı venalarında qan durğunluğu
- ürək atımının enməsi
Sol atrioventrikulyar dəliyin stenozunun üstünlüyü zamanı sol dəliyin daralmasının tipik klinik əlamətləri fonuda mötədil mitral requrgitasiya əlamətləri də aşkar edilir.Bu zaman bəzi əlamətlər meydana çıxır:
* zirvə vurğusunun bir qədər güclənməsi və sola yerdəyişməsi
* ürəyin nisbi kütlüyünün sol sərhəddinin bir qədər sola yerdəyişməsi
* zirvədə sistolik küyün meydana çıxması və ürək tonunun nisbətən zəifləməsi
Xəstəliyə son diaqnoz exokardioqrafiyanın müayinəsi əsasında qoyulur.
Mitral qapaq çatışmazlığının üstünlüyü və zəif mitral stenoz zamanı mitral çatışmazlıq üçün tipik əlamətlər fonunda zəif mitral stenozun aşağıdakı əlamətləri aşkarlana bilər:
* ürək vurğusunun güclənməsi və palipasiya
* ürəyin nisbi kütlüyünün sağ hüdudunun sağa yerdəyişməsi
* zirvədə diastolik küyün və mitral qapağın açılma tonunun meydana çıxması
Son diaqnoz exokardioqrammanın nəticələrinə əsasən qoyulur.
Milli.Az