Rusiya sentyabrın sonu 4-cü dalğanın başlayacağını AÇIQLADI

15 Sentyabr 2021 21:40

Rusiyada koronavirusun dördüncü dalğası sentyabrın sonunda başlaya bilər.

Milli.Az bildirir ki, bu sözləri rusiyalı immunoloq, fəlsəfə doktoru Nikolay Kryuçkov deyib.

Onun sözlərinə görə, sentyabr ayının sonunda yoluxma sayında nəzərəçarpacaq dərəcədə artım baş verə bilər.

"Təəssüf ki, bütün göstəricilərə görə artım başlamalıdır".

O vurğulayıb ki, xəstəlik artımı böyük şəhərlərdən başlayacaq. Oktyabrın əvvəlində isə yoluxmada yüksək artım qeydə alınacaq və ölüm nisbəti də artacaq. /medicina.az

Milli.Az