Türkiyə MN Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanladı

15 Sentyabr 2021 15:36

Türkiyənin Milli Müdafiə Nazirliyi Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirlik "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "Nuru paşanın komandanlığındakı Qafqaz İslam Ordusu 103 il əvvəl Bakını işğaldan azad etməklə azərbaycanlı qardaşlarımızın qəlbində taxt qurdu. Bu özəl günü təbrik edir, şəhid və qazilərimizi anırıq".

Milli.Az