35 yaşlı çilingər əxlaqsızlığının qurbanı oldu

16 Sentyabr 2021 02:33

Nijni Novqoroddan olan çilingərin əlavə pul qazancı əldə etmək arzusu ürəyində qalıb.

Milli.Az kp.ru-ya istinadən xəbər verir ki, 35 yaşlı Viktor Nikiforov adlı şəxs həyatı boyu zavodda çalışıb və günlərin biri telefonuna qəribə mesaj gəlməsəydi, həyatını belə davam etdirəcəkdi.

"Tez və çox qazanmaq istəyirsənmi? O zaman bizim iş səni gözləyir" deyə kişiyə gələn mesajda bildirilib. Bəlli olub ki, bu təklifin arxasında gənc qızlara və yaşlı qadınlara intim xidmətlər göstərmək tələb olunub. Naməlum şəxslərin mesajına müsbət cavab verən usta "işverənlər"in hesabına tələb olunan məbləğdə pul köçürür. Təklifə uyğun olaraq kişi 25-45 yaşlı qadınlara xidmət etməliymiş. Bütün bunların müqabilində ona 3-6 min rubl vəd ediblər. Çox keçmir çilingər müştərilərin uzun siyahısını alır.

Siyahıda ilk bəyəndiyini seçən zaman isə ona sığorta haqqı ödəməyi bildirilər. Əvvəl ondan 3 min rubl, sonra isə 45 min istəyirlər. Dələduzlar ona sonra bu pulları geri qaytaracaqlarını vəd edirlər. Lakin bu baş vermir. Şikayətindən sonra da baş verən dələduzluqla bağlı cinayət işi qaldırılıb. Lakin cəhdlər uğursuz nəticələnib.

Kamran Seyidov
Milli.Az