Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib - SƏRƏNCAM

15 Sentyabr 2021 14:38

Prezident İlham Əliyev Azərbaycanın Belçikada fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqovun eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilib.

Milli.Az