Şuşada hərbi yürüş olub - VİDEO

15 Sentyabr 2021 14:31

Bakının erməni-bolşevik işğalından azad edilməsinin ildönümü ilə bağlı Şuşada hərbi yürüş olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov "twitter" səhifəsindən paylaşım edib.

"Qürurlu anlar. Milli Ordumuzun qanı bahasına işğaldan azad olunmuş Şuşada 15 sentyabr, Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü qeyd olunub. Milli Ordumuzla fəxr edirik" - deyə paylaşımda qeyd olunub.

Milli.Az