Ağstafada 17 yaşlı oğlan bıçaqlanıb

15 Sentyabr 2021 16:00

Ağstafa rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonun Xılxına kəndində qeydə alınıb.

Belə ki, 17 yaşlı şəxs bir neçə bıçaq xəsarəti alıb. Daha sonra o, xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az