Xəzər Süleymanlı ən çox sevdiyi qadından danışdı - VİDEO

15 Sentyabr 2021 15:00

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı qiraətçi Xəzər Süleymanlı olub.

Milli.Az xəbər verir ki, məşhur qiraətçi qadınlar haqqında maraqlı fikirlər bildirib:

"Mənim üçün qadın insanın həyatda qarşılaşa biləcəyi, tanıya biləcəyi ən möhtəşəm varlıqdır. Qarşımıza dünyanın bütün möcüzələrini düzsələr onların hamısı qadının qarşısında çox cılız görünər. Qadın deyəndə ağlıma ilk növbədə ana məhfumu gəlir. Qadın üçün bundan gözəl tərif ola bilməz. Mənim üçün ən gözəl qadın da, ən sevdiyim qadın da mənim anamdır".

Milli.Az