Qəhrəman şəhidimiz Taleh Qənbərli Vətən müharibəsində böyük şücaət göstərib - VİDEO

15 Sentyabr 2021 13:36

44 günlük Vətən müharibəsində şəhadətə ucalaraq torpaqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəmanlarımızdan biri də Taleh Qənbərlidir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Taleh Qənbərli 1994-cü ildə İsmayıllı rayonu, Quşencə kəndində anadan olub.

Ötən il sentyabrın 27-də 2-ci Qarabağ döyüşləri başlayanda gecə ikən Bakı şəhərindən İsmayıllıya qayıdır. Müharibədə iştirak etmək üçün digər könüllülərlə birlikdə qeydiyyata düşür.

Taleh Qənbərlinin döyüş yolu Cəbrayıldan başlayıb. Daha sonra o, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir.

Qəhrəmanımızın ən böyük arzularından biri Şuşanın düşmən tapdağından azad olunması idi.  Taleh Qənbərli Şuşa uğrunda gedən döyüşlərdə, ötən il noyabr ayının 5-də aldığı ağır qəlpə yarasından şəhidlik zirvəsinə yüksəlir.

O, ölümündən sonra "Vətən uğrunda", "Füzulin azad olunmasına görə " və "Şuşanın  azad olunmasına  görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az