Bakı-Şamaxı yolunda ölüm səfərinə çıxan avtomobil - VİDEO - ŞOK ANLAR

15 Sentyabr 2021 12:00

Sentyabrın 11-də Bakı-Şamaxı yolunda sürətlə əks hərəkət zolağında hərəkət edən avtomobilin görüntüləri yayılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 10 SA 036 dövlət qeydiyyat nişanlı "VAZ 2106"nın sürücüsü beton arakəsmələrlə hərəkət istiqamətləri ayrılmış yolda əks hərəkət zolağına çıxıb. Avtomobili qarşıdan gələn digər nəqliyyat vasitələrinin üzərinə sürən həmin şəxs sürətlə uzaqlaşıb.

Hadisə ilə əlaqədar DYP tərəfindən araşdırmalara başlanılıb.

Milli.Az