Amit oynamadı, komandası uduzdu
18 Fevral 2012 18:17
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Amit Quluzadənin də şərəfini qoruduğu Türkiyənin "Kayseri Erciyesspor" klubu bu gün Bank Asya liqasında növbəti matçına çıxıb.
Qol.Az-ın məlumatına görə, Kayseri təmsilçisi öz meydanında "Karşıyaka" klubu ilə qarşılaşıb.
Bu oyuna 29 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan Amitin komandasını bu görüşdə yalnız qələbə razı sala bilərdi. Lakin matçın 76-cı dəqiqəsində hesabı açan meydan sahibləri üstünlüyü sonadək qoruya bilməyiblər - 1:1.
Qeyd edək ki, "Kayseri Erciyesspor"un baş məşçqisi Kemaləttin Şəntürk bu görüşdə Amitə şans verməyib.
Milli.Az