Koronavirusa yoluxan Səyyad Əlizadənin son vəziyyəti

15 Sentyabr 2021 09:39

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə müğənninin qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, süni tənəffüs aparatına qoşulan sənətçi hazırda reanimasiyadadır.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda o, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə olunur.

Milli.Az