XİN-in müavini işdən çıxarıldı, yerinə Xamneyinin qohumu gətirildi

15 Sentyabr 2021 11:00

İran Prezidenti 2015-ci ildə imzalanan nüvə razılaşması ilə bağlı danışıqlara rəhbərlik edən və nüvə danışıqlarında təcrübəli hesab edilən ölkənin xarici işlər nazirinin müavini Abbas Araqçını vəzifəsindən azad edib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə İran KİV-i yazıb.

Onun yerinə danışıqlarda daha sərt mövqe tutan diplomat Əli Bağeri Kani təyin edilib.

Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini təyin olunan Bağeri, 2007-2013 -cü illərdə keçmiş prezident Mahmud Əhmədinejadın rəhbərliyi altında İran və Qərb arasında nüvə danışıqlarına rəhbərlik edirdi. O, Ayətullah Əli Xamneyinin qohumudur.

Milli.Az