Əl-Qaidə ABŞ-da yeni terakt törədəcək - Kəşfiyyat

15 Sentyabr 2021 10:00

Əl-Qaidə terror təşkilatı bir-iki il ərzində ABŞ ərazisində terror hücumları həyata keçirmək potensialını bərpa edə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Kəşfiyyat İdarəsinin rəhbəri, general-leytenant Skott Berrier deyib.

ABŞ hərbi kəşfiyyatının rəhbəri vurğulayıb ki, bu mərhələdə kəşfiyyat birliyi bu qrupun fəaliyyətini izləmək üçün Əfqanıstanda məlumat toplamaq gücünü bərpa etməlidir.

Milli.Az