Rusiyadan İrana çağırış: Danışıqlara geri qayıt!

15 Sentyabr 2021 10:30

Moskva tərəfləri ən qısa zamanda Vyanada İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqlara qayıtmağa çağırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

S.Ryabkov nüvə anlaşmasını yenidən qurmaq üçün Qərbi realist olmağa çağırıb:

"İndi bu prosesdəki fasilənin uzanmaması üçün Vyanadakı danışıqlara bir an əvvəl qayıtmağımız vacibdir".

Milli.Az