Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik üzrə Ali Komissarı Jozef Borrel "Le Monde" qəzetinə maraqlı açıqlamalar verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, Əfqanıstanda baş verən son hadisələrin Aİ-nin zəifliyini bir daha göstərdiyini bəyan edib.
"ABŞ-ın çətiri altında ticari və iqtisadi inteqrasiya ilə sabitləşən bir dünya ideyasını dəstəklədik. Amma xüsusilə də 11 sentyabr 2001-ci ildən sonra yeni təhdidlər meydana gəldi. Çin, Rusiya və Türkiyədə tarixi gerçəkliklərə dayanaraq, hətta yenidən kəşf edilərək keçmiş imperiyalar yenidən dirçəldi", -deyə Ali Komissar bildirib.
Aİ rəsmisi köhnə qitə ölkələrinin ortaq ordu yaratmaq ideyasına da toxunub. O, güclü Avropanın ABŞ-ın maraqlarına uyun olduğunu qeyd edib.
Milli.Az