Braziliyada təyyarə qəzası: Ölənlər var - VİDEO

15 Sentyabr 2021 09:30

Braziliyada ikimühərrikli təyyarə qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 5 sərnişin və 2 ekipaj üzvü həlak olub.

İnsident San-Paulu ştatında baş verib. Pirasikaba şəhər aeroportundan qalxan təyyarə az keçmiş yerli ali məktəbin avtodayanacağına düşüb.

Yerə çırpılan nəqliyyat vasitəsində partlayış və yanğın baş verib.

Qəzanın səbəbləri araşdırılır.

Milli.Az